Bakı. Trend:
Azərbaycanlı futbolçu Ramil Şeydayevin “Kocaelispor”da ümidləri
doğrultmayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə
bilər.
Klub Azərbaycan millisinin hücumçusuna 2 milyon avro transfer
qiyməti qoyub. Qışda “Buriram”dan (Tailand) İzmit təmsilçisinə
keçən Ramilin komandanın ən bahalı futbolçusu olduğu bildirilib.
Ödənilən məbləğ qarşılığında arzulonan oyunu nümayiş etdirməyən
Şeydayev də “Kocaelispor”u tərk etməyin əleyhinə deyil. Həmyerlimiz
yerli mətbuatın və azarkeşlərin ciddi tənqidi ilə üzləşib.
Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən “Kocaelispor”
Superliqaya yüksəlmək vəzifənin öhdəsindən gələ bilməyib. Komanda
pley-offda “Çorum”a uduzub.





























