Bakı. Trend:
Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi təlim-məşq
toplanışına yollanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, komandamız Seribayanın Novi Sad şəhərində
hazırlıq keçəcək.
Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı
və Kamran Məmmədovdan ibarət heyətə qarşıdakı günlərdə Cordan
Deyvisin də qoşulması gözlənilir. Bu basketbolçular arasından
seçiləcək 4 nəfərlik yekun heyətə isə məhz hazırlıq prosesinin
sonlarında qərar veriləcək. İyunun 7-dək davam edəcək toplanışın
əsas məqsədi iyunun 8-9-da Kosovonun Priştina şəhərində keçiriləcək
Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır.
Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo,
Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.





























