Advertisement

Azərbaycanın bu il nəql etdiyi qazın 48 faizdən çoxu Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Bakı. Trend:

Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz
kəmərləri ilə 7 milyard 343,9 milyon kubmetr təbii qaz nəql edilib
və əvvəlki ilin eyni aylarına nisbətən 6,6 faiz azalma müşahidə
olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə,
iki ayda qaz nəqlinin 48,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi
Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib
və bu kəmərlə təbii qaz nəqli 0,41 faiz azalaraq 3 milyard 586,2
milyon kubmetr təşkil edib.