
Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya
Təsnifat Turniri davam edir.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında
Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.
Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran
Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26,
28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O,
üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş
mayın 30-da olacaq.
Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış
edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən
kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı
ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella
Havyarimanaya (Burundi) qarşı keçirəcək.
Qeyd edək ki, lisenziya turniri iyunun 3-də yekunlaşacaq.





























