
Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini
qoruduğu “Kocaelispor” başsız qalıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 1-ci Liqa təmsilçisinin prezidenti Engin
Koyun istefa verib.
Buna komandanın ardıcıl 6 matçda qələbə üzünə həsrət qalması
səbəb olub. Onu mövsümün sonuna qədər vəkili Rəcəb Durul
əvəzləyəcək.
Qeyd edək ki, “Kocaelispor” 27 turdan sonra 45 xalla 3-cü
pillədə qərarlaşıb.





























