Advertisement

Klian Mbappe Avropanın ən yaxşı futbolçusu seçilib

Bakı. Trend:

“Globe Soccer Awards European Edition”ın qalibləri
müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Klian Mbappe Avropada
mövsümün ən yaxşı futbolçusu seçilib.

İlin ən yaxşı məşqçisi “Bayer”in çalışdırıcısı Xabi Alonso
olub.

“Mançester Siti” isə ən yaxşı komanda kimi mükafatlandırılıb.
Avropada ilin ən yaxşı qadın klubu nominasiyasında isə “Barselona”
qalib olub.

“Bavariya”nın forvardı Hari Keyn mövsümdə 44 oyunda vurduğu 45
qol sayəsində ilin bombardiri mükafatına sahib çıxıb.

İlin kəşfi “Atalanta”, ilin inkişaf etməkdə olan oyunçusu
mükafatına isə “Barselona”nın futbolçusu Lamine Yamal layiq
görülüb.