Advertisement

Samet Aybaba Juninyonu bəyənib və “Beşiktaş”dan transferini istəyib

Bakı. Trend:

“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu
Olavio Juninyonun oyununu bəyənib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Türkiyənin “Fotomaç” nəşri bu iddia ilə
çıxış edib.

Bildirilib ki, Avropa Liqasının 1/8 finalı çərçivəsində “Bayer”
– “Qarabağ” (3:2) oyununu izləyən mütəxəssis “sambaçı”nın oyunu
bəyəndiyindən onun barəsində müsbət rəy verib. Aybaba hətta
qarşılaşmada 1 qol vuran Juninyonun transferini sürətləndirməyi
məsləhət görüb.

“Beşiktaş”da bununla bağlı toplantı keçiriləcəyi və mövsümün
sonunda 27 yaşlı hücumçunun keçidi üçün işlərə start veriləcəyi
bildirilir.

Qeyd edək ki, bu mövsüm Juninyo “Qarabağ”ın heyətində meydana
çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.