Advertisement

VTB (Azərbaycan) depozitlər üzrə gəlirliliyi artırıb

Bakı. Trend:

VTB (Azərbaycan) iki depozit üzrə gəlirliliyi 1-8 faiz
bəndi artırıb. “Sərfəli” əmanəti üzrə maksimal gəlir 6 ay müddətinə
yerləşdirildikdə illik 12%, “Avans” üzrə isə 18 ay müddətinə
yerləşdirildikdə illik 11% təşkil edəcək.

“Avans” depozitini milli valyutada 12 aydan 36 aya qədər
müddətə, “Sərfəli” əmanətini isə 3 valyutada 3 aydan 36 aya qədər
açmaq olar. Hər iki depozitə vəsaitin əlavə edilməsi mümkün
deyil.

“Klassik əmanətlər pərakəndə müştərilər arasında populyar
olmaqda davam edir. Buna bankların əmanətçilərinə təklif etdiyi
ikirəqəmli gəlirlilik faiz dərəcələri təsir edir. 2024-cü ilin
birinci rübünün yekunlarına görə, bankımızın fiziki şəxslər üzrə
əmanət portfeli 51,5 mln manata çatıb. “Avans” depoziti də
müştərilər arasında üstündür, çünki onların yay və tətil
mövsümündən əvvəl əlavə vəsaitlərə ehtiyacları vardır “, – deyə VTB
(Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı
Departamentinin direktoru Yevgeni Borodin şərh
etdi.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları
filial şəbəkəsindən, rəsmi internet
səhifəsindən
, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial
şəbəkə səhifələrindən əldə etmək mümkündür.