Advertisement

PAŞA Bank işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət ayırır

Bakı. Trend:

PAŞA Bank Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
fəaliyyət göstərən şirkətlərə dəstəyə xüsusi diqqət yetirir.

Trend xəbər
verir ki, bu barədə “PAŞA Bank”ın baş icraçı direktoru və İdarə
Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Strateji dövrdə korporativ-institusional bankçılıq üzrə əldə
olunan əsas nailiyyətlərdən danışarkən qeyd etmək lazımdır ki,
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin
dəstəklənməsinə yönəlmiş “Qarabağ strategiyası”na xüsusi diqqət
ayrılıb. Bundan başqa, bank müştəriləri üçün ilk əmtəə fyuçersləri
üzrə müqavilənin imzalanması Azərbaycan tarixində əlamətdar hadisə
oldu”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun