Bakı. Trend:
“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti
açıqlayıb.
La Liqa təmsilçisini Hans-Diter Flik çalışdıracaq. 59 yaşlı
almaniyalı mütəxəssis Xavinin istefasından sonra boş qalan baş
məşqçi postunu tutub.
Qeyd edək ki, Flikin son iş yeri 2021-23-cü illərdə çalışdırdığı
Almaniya millisi olub.





























