Advertisement

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnir yarışlarının ikinci günü keçirilir

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası
üzrə “AGF Trophy” beynəlxalq turnir yarışlarının ikinci günü
keçirilir.

Trend xəbər
verir ki, turnir “yeniyetmələr”, “gənclər”, eləcə də “böyüklər” yaş
kateqoriyaları arasında keçirilir.

Turnirin ikinci günü kvalifikasiya yarışları keçirilir – kişi
idman gimnastikasının nümayəndələri gimnastika atı, köndələn tir
üzərində hərəkətlər, eləcə də dayaq tullanışı, qadın idman
gimnastikasının nümayəndələri isə sərbəst hərəkətlər və gimnastika
tiri üzərində hərəkətlərlə çıxış edəcəklər.

Bu gün gimnastların çıxışlarının yekunlarına əsasən iki
kvalifikasiyada çoxnövçülük və komanda yarışında qaliblər və
medalçılar müəyyənləşəcək.

Qeyd edək ki, idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq
turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında
keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan
və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun