Advertisement

SOCAR ilə “AD Ports Group” arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin
əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru
Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə şirkətlər arasında
strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft
məhsullarının logistikası, infrastruktur layihələrində birgə
iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında
əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.