Bakı. Trend:
Bu gün avrokubokların növbəti final oyunu keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Konfrans Liqasında mövsümün qalibi bəlli
olub.
Avropanın üçüncü dərəcəli klub turnirinin həlledici matçı
Afinada baş tutub. “Olimpiakos” əlavə vaxtda “Fiorentina”ya qalib
gəlib. Yunan klubuna tarixdə ilk Avropa titulunu qazandıran qolu El
Kaabi vurub. Turnirin bombardiri olam mərakeşli forvard 11-ci
qolunu vurub.
“Fiorentina” ardıcıl 2-ci dəfə Konfrans Liqasının finalında
uduzub.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin kubokunu əvvəlki
illərdə “Roma” (2021/22) və “Vest Hem” (2022/23) qazanıb.
Konfrans Liqası
Final
29 may
23:00. “Olimpiakos” – “Fiorentina” – 1:0
Qol: El Kaabi, 116
Baş hakim: Artur Diaş (Portuqaliya)
Afina. OPAP Arena





























