Bakı. Trend:
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı “Dubai Open 2024”də vahid
lider olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, 5 turdan sonra 4,5 xal toplayıb.
Məhəmməd son oyunda Raunak Sadvaniyə (Hindistan) qalib gəlib.
Azərbaycanı təmsil edən digər şahmatçılardan Rəvan Əliyevlə Gövhər
Beydulayeva da turu maksimum nəticə ilə başa vurub. Eltac Səfərli,
Gülnar Məmmədova və Günay Məmmədzadə məğlub olub, Xanım Balajayeva
heç-heçə razıl olub.
Qeyd edək ki, Muradlı 6-cı turda 4 xala malik Yagiz Kaan
Erdoğmuşla qarşılaşacaq.





























