Bakı. Trend:
Bütün çəki dərəcələri üzrə cüdoçular arasında reytinq
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, siyahıya Azərbaycan millisinin lideri
Hidayət Heydərov (73 kq) başçılıq edir.
Reytinqdə birinci pilləyə yüksələn dünya çempionunu 8798 xala
malikdir. Abu-Dabidəki qələbə Azərbaycan idmançısının uzun müddət
turnir cədvəlinə başçılıq edən belçikalı Matias Kasseni (81 kq)
keçməyi ilə nəticələnib. İndi o, 7932 xalla ikincidir.
Dünya çempionu Zelim Kotsoyev (100 kq) dörd pillə irəliləyib. O,
7022 xalla ilk “üçlüy”ə daxil olub.





























