
Bakı. Trend:
“Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən
Azərbaycanın aparıcı banklarından biri” məhz bu sözlərlə Azərbaycan
bankı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ermənistanın
paytaxtı İrəvan şəhərində mükafat alarkən təqdim edilib.
Mükafat EBRD-nin 2023-cü ilin nəticələrinə həsr olunmuş İllik
Toplantısı zamanı keçirilən mərasimdə təqdim edilib.
Təqdim edilən mükafat EBRD və Bank Respublika arasında ticarətin
maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan
səmərəliliyinin göstəricisidir. Bu, həmçinin “Bank Respublika”nın
mühüm tərkib hissəsi xarici ticarət əməliyyatlarının
maliyyələşdirilməsi olan sahibkarlığa dəstək missiyasını ölkəmizdə
uğurla həyata keçirdiyini bir daha təsdiq edir.
Qeyd edək ki, Bank bununla yanaşı, Azərbaycanda aqrar, kiçik və
orta biznesin maliyyələşdirilməsi sahəsində də EBRD ilə uğurla
əməkdaşlıq edir.
Bank Respublika – geniş regional xidmət şəbəkəsinə malikdir və
ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın
inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu
gün bankın beynəlxalq tərəfdaşları arasında dünya üzrə 30-dan çox
maliyyə institutu yer alır.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,
linkedin,
telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























