
Bakı. Trend:
“İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin
budəfəki qonağı “Səbail”in baş məşqçisi Şahin Diniyev olub.
Qonaq klubun Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündəki
çıxışını dəyərləndirib və gələcək hədəfləri açıqlayıb.
Millimizin sabiq baş məşqçisi oğlu Coşqun Diniyevin Türkiyədəki
karyerasına da toxunub və yığmadakı problemlərdən danışıb.





























