Advertisement

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov mayın 30-da Ağcabədidə
vətəndaşları qəbul edib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə
keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı,
şəbəkəyə qoşulma, elektrik verilişi xətlərinin yenilənməsi, təbii
qaz təchizatı, sayğaclaşdırma, işlə təminat, həmçinin digər
məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin
qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar
verilib.

Qəbulda Ağcabədi rayonu ilə yanaşı, Bakı və Gəncə şəhərləri,
İmişli, Göygöl, Zərdab, Ucar və Sabirabad rayonlarından olan 20
vətəndaş iştirak edib.