Bakı. Trend:
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai Open 2024”-də
liderliyi davam edir.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa
vurub.
Muradlı türkiyəli Yagiz Kaan Erdoğmuşla heç-heçə oynayıb.
Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal
qabaqlayır.
Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac
Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay
Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə
məğlubiyyətlə üzləşib.





























