Bakı. Trend:
2024-cü ilin yanvar-aprel ayları ərzində 84,9 mindən çox
pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur
üzərindən proaktiv qaydada həyata keçirilib.
Trend bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən məlumat
verir.
Bildirilib ki, onlardan 15,3 mindən çox pensiya, 69,6 mindən çox
müavinət (o cümlədən 19,9 mindən çoxu MDSS hesabına ödənilən) və
təqaüd təyinatıdır.



























