Advertisement

Rabitəbankdan fermerlər üçün xüsusi təkliflər!

Bakı. Trend:

Sahibkarların öz bizneslərini rahat şəkildə inkişaf etdirməsinə
hər zaman dəstək olan Rabitəbank fermer təsərrüfatı ilə məşğul
olmaq istəyən hüquqi və fiziki şəxslər üçün Fermer krediti təklif
edir. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq istəyən
sahibkarlar AKİA və SİF-in dəstəyi ilə sərfəli şərtlərlə təqdim
edilən güzəştli kreditdən yararlana bilərlər. Belə ki, sahibkarlar
kredit ilə bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər
ailə-kəndli fermer təsərrüfatlarını inkişaf etdirə, eləcə də
aqrotexniki qulluq, gübrə və yem alışını edə bilərlər.

Kreditin məbləği: 15 000 AZN-dək

Kreditin müddəti: 36 ayadək

İllik faiz dərəcəsi: 5%-dən başlayaraq

Qeyd edək ki, fermer krediti barədə ətraflı məlumatı linkə keçid
edərək əldə etmək olar: https://rbt.az/fermerkr

Bundan başqa, Rabitəbank AKİA ilə birgə aqrar sahibkarlıqla
məşğul olan hüquqi və fiziki şəxslər üşün Fermer kart kredit
kartını da təqdim edir. Nağdsız əməliyyatların təşviqi məqsədilə
təqdim edilən kart ödənişsizdir və 60 gün güzəşt müddəti ərzində 0%
nəzərdə tutulub.

Qeyd edək ki, kartda kredit limiti üzrə məbləğ 15 000 AZN-dək,
müddət isə 24 ayadəkdir. Fermer kartı biznes təyinatlı istifadə
üçün verilir və yalnız aqrar fəaliyyətlə bağlı xərclərin
ödənilməsinə, yəni kənd təsərrüfatı təyinatlı əsas vəsait, yardımçı
avadanlıq və texnika, yanacaq, gübrə, yem, toxum və ting
alınmasına, həmçinin aqro texniki qulluq xərclərinin ödənişlərinin
aparılmasına icazə verilir.

Qeyd edək ki, Fermer kartından yalnız nağdsız qaydada TapAgro.az
portalından məhsul alışı zamanı istifadə etmək, bütün
yanacaqdoldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla
nağdsız şəkildə ödəniş etmək olar.

Fermer kartı onlayn sifarişlə ödənişsiz qaydada əldə etmək olar:
https://rbt.az/fermerk

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla,
ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi,
İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli
Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.