
Bakı. Trend:
Qarşıdan 1 İyun – Uşaqların Ümumdünya Müdafiəsi günü gəlir. Bu
günün əsas məqsədi sağlamlıq imkanlarından asılı olmayaraq hər bir
uşağa bərabərhüquqlu və parlaq gələcək təmin etməkdir. Korporativ
Sosial Məsuliyyətli bank kimi Yelo, autizmli uşaqlar üçün növbəti
dəfə xoş təşəbbüs göstərib. Bank 20-dən çox uşaq və yeniyetmənin
cəlb olunduğu Autizm Futbol Komandasına dəstək layihəsi
keçirib.
Ötən gün Yelo Bank-ın ofisində həyəcan, sevinc və sürpriz dolu
anlarla yadda qalıb. Autizm Futbol Klubunun oyunçuları və məşqçi
heyəti Baş ofisdə qonaq olublar. Əvvəlcə qonaqlara ofis tur təşkil
olunub. Onlar həm Yelo Bank-ın ofis şəraiti, həm də kollektivi ilə
yaxından tanış olublar. Daha sonra Bankın idman zalında futbol,
boççi və stolüstü tennis yarışları keçirilib. Yarışlarda autizmli
uşaqlar Yelo Bank-ın komandası ilə yoldaşlıq oyununda üz-üzə
gəliblər. Klubun gənc oyunçuları hər üç idman növündə peşəkarlıq
göstərib, Yelo Bankın komandasını üstələyə biliblər. Tədbirin
sonunda isə klubun üzvlərinə Yelo formaları və gələcək yarışlara
hazırlıq üçün zəruri idman ləvazimatları hədiyyə olunub. Autizm
Futbol Klubu bundan sonrakı yarışlarında Yelo forması ilə təmsil
olunacaqlar. Yelo Bank bu formaların onlara uğur gətirəcəyinə
inanır!
Bu kimi tədbirlər sayəsində autizmli uşaqların sosiallaşmasında
rol oynamaq, onları cəmiyyətə qazandırmaq və xoşbəxt xatirələr bəxş
etmək mümkündür. Yelo Bank tərəfindən atılan bu addımın əsas
məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik
yox, fərqlilik olduğu mesajını ötürməkdir
Online
tez kredit əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



























