Bakı. Trend:
Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayev
rəhbərlik etdiyi “İmişli” ilə yollarını ayırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə qərarı I Liqa klubunun
rəhbərliyi verib.
Qərar məşqçi heyəti ilə keçirilən görüşdə qəbul olunub.
Toplantıda ötən mövsümün yekunları müzakirə edilib. Öncə məşqçi
heyətinin hesabatı dinlənilib. Qeyd olunub ki, nəticə
planlaşdırıldığı kimi olmasa da, “İmişli” tarixinin ən yaxşı
nəticəsinə imza atıb.
Bölgə təmsilçisinin rəhbərliyi hesabatı qənaətbəxş kimi qəbul
edib. Ardınca növbəti mövsümlə bağlı müzakirələr aparılıb. Növbəti
mövsüm üçün “İmişli”nin yeni məşqçi heyəti ilə çıxış etməsinin daha
məqsədəuyğun olması qərara alınıb. Abdullayev və köməkçiləri ilə
yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
Qeyd edək ki, “İmişli” ötən mövsümdə I Liqada 4-cü yeri
tutub.





























