Advertisement

“Embawood” “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsində qalib oldu

Bakı. Trend:

Ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri,
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət
qurumları rəsmilərinin iştirakı ilə “Best Managed Companies
Azerbaijan 2024” biznes müsabiqəsinin təltifetmə mərasimi
keçirildi.

May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu
ilki qaliblərin adları açıqlanıb. Beləliklə, “Embawood”, “Araz
Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group of
Companies” və “Metak” şirkətləri müsabiqənin qalibləri
seçilmişlər.

“Best Managed Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30
il ərzində 50-yə yaxın ölkədə uğurla həyata keçirilmiş beynəlxalq
bir müsabiqədir. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil
münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı,
öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında
qiymətləndirilirlər. Müsabiqənin əsas məqsədi yüksək biznes
fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və
onları geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, Azərbaycanın ilk milli mebel brendi olan Embawood
insanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə
uyğun mebel təqdim etmək məqsədi ilə çıxdığı bu yolda hazırda təkcə
Azərbaycan ərazisində 3 fabrik və 140-dan çox mağaza ilə ölkənin
demək olar ki, hər yerində müştərilərinə xidmət göstərməkdədir. 28
illik fəaliyyəti ərzində nəinki istehsalat sahəsində, həmçinin
korporativ idarəetmədə də innovasiyaların və müasir tendensiyaların
izlənməsi və istifadə edilməsi şirkətin əsas prioritetlərindən
olmuşdur.