Bakı. Trend:
Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar xırdabuynuzlu heyvan
bazarında canlanma müşahidə olunur. Heyvan satışı ilə məşğul
olanların Trend-ə bildirdiklərinə görə, bayrama yaxınlaşdıqca,
daha çox ölkənin müxtəlif rayonlarından satılmaq üçün paytaxta
gətirilir. Heyvanların Bakıya gətirilməsi üçün nəqliyyat xərcləri
də var.
Bayramla əlaqədar Bakının heyvan və ət bazarında
qiymətlər bahalaşa bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə
ekspert Cəfər İbrahimli bildirib ki, əvvəlki illərə nisbətdə
xırdabuynuzlu heyvanların sayı azalıb.
“Pandemiyadan sonra heyvan yeminin qiyməti bahalaşdı.
Heyvandarlıqla məşğul olan təsərrüfatların gəlirləri azaldı. Buna
görə də damazlıq heyvanlar kəsimə göndərildi. Belə olduqda bir-iki
il sonra bu öz fəsadlarını ət qiymətlərində göstərməyə başladı.
Azərbaycan iri və xırdabuynuzlu heyvan və quş ətini idxal edir.
İdxalı azaltmaq üçün strategiya hazırlanmalıdır.
Azərbaycan yalnız bayram günlərində deyil, həmişə ət
məhsullarına güclü tələbatı ilə seçilən ölkələrdəndir. Qurban
bayramı vaxtı ətin qiymətində yüksəlmə tələbatla bağlıdır. Belə də
qiymətlərin bahalaşması bazar qaydalarına uyğundur. Bu qiymət
artımı bayrama görədir”, – o deyib.
Qeyd edək ki, ölkəmizdə Qurban bayramı iyunun 16-17-də qeyd
olunacaq.
Geniş videomüsahibəni təqdim edirik:



























