Advertisement

Benzia Əlcəzair yığmasında – Trend.Az

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasına dəvət
alıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası
məlumat yayıb.

Benzia millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik
heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçi çıxış etdiyi yığma
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda
(10 iyun) komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Yassin Azərbaycan kubokunun finalından sonra
Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.