Advertisement

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Bakı. Trend:

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstan Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə
görüşüb.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən
bildirilib.

Görüşdə Azərbaycanla Qazaxıstanın bütün istiqamətlərdə, o
cümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqla
qeyd olunub. Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasında
əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə “KazMunayQaz” şirkəti arasında əməkdaşlığın
cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə
tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və
qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi
aparılıb.