Advertisement

Pley-off oyunlarının vaxtı açıqlanıb – Trend.Az

Bakı. Trend:

I Liqada “Araz Saatlı” və “Cəbrayıl” komandaları arasında
keçiriləcək pley-off oyunlarının vaxtı müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, ilk görüşə “Cəbrayıl” ev sahibliyi
edəcək.

Qarşılaşma iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək.
Cavab oyunu iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya
İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə
bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və
saatı açıqlanacaq.

Qeyd edək ki, hər iki oyunda “CBC Sport” telekanalı tərəfindən
canlı yayım və VAR sisteminin tətbiqi nəzərdə tutulub.