Advertisement

Dünya çempionunun yeni klubu bəlli olub

Bakı. Trend:

Almaniya millisinin heyətində dünya çempionu olan Jerom
Boatenqin yeni klubu bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Avstriyanın LASK
klubuna keçib.

Müdafiəçi növbəti 2 mövsümdə burada formasını geyinəcək. Boatenq
yeni komandasına azad agent olaraq keçib.

Qeyd edək ki, son klubu “Salernitana” olan futbolçu “Herta”,
“Hamburq”, “Mançester Siti”, “Bavariya” və “Lion” klublarının
şərəfini qoruyub.