Advertisement

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi
bəlli olacaq.

Trend xəbər verir ki, final matçında İspaniyanın “Real” və
Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gələcək.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək
matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq..

Qeyd edək ki, “Real” bu turnirin ən titullu klubudur.
Madridlilər 14 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar.
Dortmund klubu isə yalnız bir dəfə – 1996-1997 mövsümündə yarışın
qalibi olub.

1 iyun

UEFA Çempionlar Liqası
Final

23:00 “Borussiya” Dortmund (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. “Uembli” stadionu.