
Bakı. Trend:
HONOR şirkəti Azərbaycanda yeni HONOR 200 seriyasına daxil olan
HONOR 200 Lite modelinin tezliklə satışa çıxmağını elan edib.
HONOR 200 Lite – müstəsna şəkil keyfiyyətini və
təkmilləşdirilmiş performansı özündə birləşdirən universal bir
smartfondur. Sözü gedən bu cihaz, cəlbedici foto çəkiliş imkanları,
immersiv ekran, göz oxşayan dizayn və istifadə rahatlığı ilə hər
kəsə yeni istifadə təcrübəsi təqdim edir.
Belə ki, smartfon düz kənarlı və yuvarlaq künclü korpusla təchiz
edilmişdir. Cihazın ölçüləri 161,1 × 74,6 × 6,8 mm, çəkisi isə 166
qram təşkil edir. Korpusun incə və yüngül olmasına baxmayaraq,
HONOR 200 Lite yüksək davamlığa sahibdir və hətta 1,65 metr
hündürlükdən təsadüfi düşmələrə tab gətirə bilir.
Smartfon 2412 × 1080 piksel təsvir ölçüsünü dəstəkləyən, düz,
6,7” AMOLED displeylə təchiz edilib. İşıq titrəməsi olmayan ekran,
istifadə sahəsinin artırılması üçün inanılmaz geniş faydalı sahəyə
malik olub, hətta parlaq günəş işığı altında belə təsvir
dəqiqliyini qoruyub saxlaya bilir. AMOLED displeylər dolğun qara
rənglər, əla baxış bucaqları və zəngin rəng çalarları ilə tanınır,
belə ki, HONOR 200 Lite smartfonunda istifadə olunan bu ekran,
məzmuna baxmaq və oyun oynamaq üçün əla həldir.
Ekran həm də minimal çərçivələri və 50 MP təsvir ölçülü, ön,
geniş bucaqlı kamera üçün nəzərdə tutulmuş kəsiklə diqqət çəkir.
Selfi kamerası HONOR RAW Domain alqoritmi üzərindən işləyərək,
istənilən işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər
çəkməyə imkan yaradır. O, həmçinin çəkiliş keyfiyyətinin
artırılması üçün avtomatik FOV keçidi və selfi işığı ilə təchiz
edilib.
Mat örtüklü arxa paneldə isə üç təsvir sensorlu kamera modulu
yerləşdirilmişdir ki, bunlardan 108 MP-lik əsas, 5 MP-lik geniş
bucaqlı və 2 MP-lik makro kameranı qeyd etmək olar. Əsas kamera
yüksək dəqiqlikli təsvirlərin çəkilişini dəstəkləyir və
istifadəçilərə müxtəlif fokus məsafəsində heyrətamiz şəkillər
çəkməyə imkan verən, üç fərqli portret rejimi təklif edir. Qalan
iki sensor: geniş bucaqlı çəkiliş üçün f/2.2 və makro çəkilişlər
üçün f/2.4 optika ilə təchiz olunmuşdur.
Yeni cihaz, MediaTek Dimensity 6080 prosessoru (2,4 GHz-ə qədər
tezliyə malik iki Cortex-A76 nüvəsi, 2,0 GHz-ə qədər tezliyə malik
altı Cortex-A55 nüvəsi və Mali-G57 MC2 qrafik nüvəsi) əsasında
hazırlanıb. Bu səkkiz-nüvəli prosessor gündəlik istifadənin
öhdəsindən asanlıqla gələrək, istifadəçilərə sosial media
əlavələrindən yararlanmağa, internetdə vaxt keçirməyə və eyni anda
birdən çox proqramı rahatlıqla işlətməyə imkan yaradır. Həmçinin,
smartfon ümumi performansın artırılması üçün 8 GB RAM və 256 GB
daxili yaddaş təklif edir.
Cihaz, Magic Capsule, Magic Portal və Parallel Space
funksiyalarını dəstəkləyən Android 14 əsasında işləyən, MagicOS 8.0
əməliyyat sistemi ilə təchiz edilmişdir. Burada, Magic Capsule
müxtəlif bildirişləri göstərmək üçün ön kameranın ətrafındakı
ərazini genişləndirir. Magic Portal isə növbəti hərəkətlərinizi
avtomatik təyin etmək üçün nəzərdə tutulmuşdur ki, bu da sizə bir
əməliyyatla cihazlar arasında tətbiqlərə və xidmətlərə tez daxil
olmaq imkanı yaradır. Parallel Space ekranı vizual olaraq iki
hissəyə bölərək, eyni anda iki proqramdan istifadə etməyə kömək
edir, həmçinin eyni tətbiqi eyni anda iki müxtəlif hesabdan aktiv
etməyə imkan yaradır.
Bundan əlavə, HONOR 200 Lite 4500 mAh tutumlu böyük
akkumulyatora və 35 Vt gücündə HONOR SuperCharge yükləmə cihazı ilə
təchiz edilib ki, bu da sürətli enerji doldurumu imkanları ilə
smartfonun müntəzəm şəkildə işləməsini təmin edir.
Yeni smartfon qiymət və preformans nisbətinin əla təcəssümüdür
və hər kəsə yeni istifadə təcrübəsi bəxş edəcəkdir. Smartfon üç
rəng seçimində satışa çıxarılacaq: ulduzlu göy, mavi göl və
gecəyarısı qara. Yeni HONOR 200 Lite-i İrshad, Kontakt Home,
Soliton, Elit Optimal, MG Store və Umico mağazalarından 649.99
AZN-ə əldə edə bilərsiniz.
Cihaz haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə
keçid edə bilərsiniz: https://www.honor.com/az/phones/honor-200-lite/



























