Bakı. Trend:
Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan
millisinin baş məşqçisi ola bilər.
Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 44 yaşlı
çalışdırıcı ilə danışıqlar aparır.
Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.
Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü
17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası
olub.





























