Advertisement

AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib (FOTO/VİDEO)

Bakı. Trend:

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı
banklarından biri olan AccessBank media tərəfdaşlarının övladları
üçün unikal tədbir təşkil edib.

Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib,
gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola
biliblər. Onlar həmçinin maliyyə savadlılığının artırılması üzrə
təlimdə iştirak ediblər.

Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri
xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə
daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin
edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların
istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar
müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı
mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi
rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil,
həm də maarifləndirici hadisə idi.

AccessBank, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının
(AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması
mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının
əsaslarını öyrənib, əskinaslar, xərclərin düzgün bölüşdürülməsi
zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı
haqqında məlumat əldə etdilər.

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə
Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev uşaqları bayram
münasibəti ilə təbrik edərək onlara sertifikatlar təqdim etdi və bu
da hadisələrlə dolu maraqlı günün xoş yekunu oldu.

AccessBank uşaqların dünya görüşünün genişləndirilməsi və erkən
yaşlarından maliyyə savadlılığının formalaşmasına töhvə vermək
məqsədilə, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində
analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam
etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən
kiçik
və orta bizneslərə
xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer
alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı
fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə
imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə
məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək
üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az
saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə
(Facebook,
Instagram,
LinkedIn)
müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı
tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya
əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.