
Bakı. Trend:
Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq
Forumu keçirilir. Forumda 7 türk dövləti təmsil olunur.
Trend xəbər verir ki, bu barədə forum çərçivəsində keçirilən
tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri
Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, forumda Rusiya, Belarus və Gürcüstan qonaq
qismində iştirak edəcəklər.
AQC sədri, həmçinin, tədbirin gündəliyi və müzakirə ediləcək
məsələlər, eyni zamanda qurum qarşısında duran vəzifələr və
perspektivlər barədə də məlumat verib, hesabat məruzəsi
dinlənilib.
Tədbirdə forum iştirakçıları tərəfindən səsvermə yolu ilə AQC
sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin
rəhbəri seçilib.
Qeyd olunub ki, növbəti – 4-cü forum gələn il keçiriləcək.



























