Advertisement

Sevinən tərəf olmaq istəyirik – Rəşad Sadıqov

Bakı. Trend:

Mövsümün son oyunudur. Kubokun finalında bayram abu-havasında
oluruq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov
deyib.

O, Azərbaycan kubokunun “Qarabağ” ilə sabah keçiriləcək final
görüşünə həsr olunan mətbuat konfransında fikirlərini
açıqlayıb:

“Sevinirik ki, bu bayramın bir parçası olacağıq. Biletlərin də
sürətlə satıldığını görürəm. Azərkeşlər oyuna maraq göstərirlər.
Biz ikinci dəfə “Qarabağ”la finalda qarşılaşacağıq. Birinci dəfə
penaltilər seriyadında rəqib qələbə qazandı. İstərdik ki, bu dəfə
də maraqlı mübarizənin şahidi olaq. Ciddi rəqibdir. Sonda sevinən
tərəf olmaq istəyirik. Oyundan öncə danışmaq mənə həmişə çətindir.
Amma layiqli qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, final matçı saat 20.00-da “Liv Bona Dea Arena”da
keçiriləcək.