Advertisement

6 illik klub Rusiya Premyer Liqasına vəsiqə qazanıb

Bakı. Trend:

“Akron” futbol klubu Rusiya Premyer Liqasına vəsiqə qazanıb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, 2018-ci ildə əsası qoyulan klub tarixi nailiyyətə
imza atıb.

Tolyatti təmsilçisi pley-offda uğur qazanıb. “Akron” iki oyunun
nəticəsinə görə “Ural”dan güclü olub. Səfərdə 2:0 hesabı ilə qalib
gələn tolyattililər evdə uduzublar – 1:2.

Qeyd edək ki, “Ural” 11 ildən sonra Premyer Liqanı tərk
edib.