Advertisement

Gimnastlardan “Montenegro Cup”da 7 qızıl

Bakı. Trend:

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii
gimnastika üzrə “Montenegro Cup”da uğurlu çıxış edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7
qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün
ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə
Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza
atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə
çıxışda hərəyə 3 qızıl qazanıblar.