Bakı. Trend:
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, 2023/24 mövsümünün son matçı “Liv Bona Dea Arena”da
baş tutub.
Premyer Liqanın iki ən yaxşı komandası titul uğrunda mübarizə
aparıb. 3 qolun vurulduğu oyunda “Qarabağ” “Zirə”ni 2:1 hesabı ilə
məğlub edib.
8-ci dəfə kuboku başı üzərinə qaldıran “Qarabağ” həm də “Qızıl
dubl”a imza atıb. “Zirə” isə 3 il əvvəlki finalın revanşını ala
bilməyib
Qeyd edək ki, qarşılaşmadan öncə Aygün Kazımovanın iştirakı ilə
şou proqramı təşkil olunub.
Azərbaycan kuboku
Final
2 iyun
20:00. “Qarabağ” – “Zirə” – 2:1
Qollar: Olavio Juninyo, 42. Abdullah Zubir, 62 – İsmayıl
İbrahimli, 57
Hakim: Rəvan Həmzəzadə,
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov
(k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman
Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio
Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin
Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas
Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina,
66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon
Cica
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10.
Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16.
Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios
Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd
Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa
Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza
Kolli, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19.
Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Liv Bona Dea Arena”





























