Advertisement

“Fənərbağça” Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı tanınmış baş məşqçi
Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.

Trend-in
məlumatına görə, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən
“Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə
açıq keçirilib.

61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və
liqasının inkişafına kömək etmək istədiyini bildirib: “Burada 30
minə yaxın azarkeş var. Bu, o deməkdir ki, mən işimdə olduqca
məsuliyyətli olmalıyam. Artıq özümü “Fənərbağça” ailəsinə aid hiss
edirəm. Əsas məqsədim klubu inkişaf etdirməkdir”.

Qeyd edək ki, Joze Mourinyonun son iş yeri bu ilin yanvarında
yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.