Advertisement

Gimnastlarımız Polşada keçirilən Dünya Kuboku və beynəlxalq turnirdə medal qazanıblar

Bakı. Trend:

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının
üzvləri Rzeşovda (Polşa) keçirilən Dünya Kuboku və beynəlxalq
turnirdə uğurla çıxış ediblər.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda qarışıq cütlükdə
çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli qızıl medal
qazanıblar.

Kişi cütlüyündə çıxış edən Murad Rəfiyev və Daniel Abbasov,
həmçinin Riad Səfərov, Abdulla Əl-Məşayhi, Seymur Cəfərov və Rəsul
Seyidlinin yer aldığı kişilər qrupu bürünc medala layiq
görülüb.

eynəlxalq turnirdə Diana Məmmədova, Səfiyə Babayeva və Firuzə
Qasımzadənin yer aldığı qadınlardan ibarət qrup (12-18 yaş) gümüş
mükafata layiq görülüb.

13-19 yaş kateqoriyasında çıxış edən daha bir qadın qrupu
beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup Zəhra Rəşidova,
Anahita Bəşiri və Nəzrin Zeyniyeva ibarət olub.

Akrobatika gimnastikası üzrə dünya kuboku və beynəlxalq turnir
mayın 31-dən iyunun 2-dək keçirilib.