Bakı. Trend:
“Sevilya” yeni baş məşqçisinin adını açıqlayıb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, komandaya Qarsiya Pimenta rəhbərlik edəcək.
O, bu vəzifədə Kike Sançes Floresi əvəzləyib. Pimenata
2022-2024-cü illərdə “Las-Palmas”ın baş məşqçisi olub. 49 yaşlı
mütəxəssis məşqçilik karyerasına “Barselona”nın gənclər
komandasında start verib.
Qeyd edək ki, “Sevilya” İspaniya Primerasında 2023-2024-cü illər
mövsümünü 14-cü pillədə başa vurub.





























