Bakı. Trend:
Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ
mərhələsi start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, turnirin açılış
matçında iki Azərbaycan təmsilçisi üz-üzə gəlib.
Azərbaycan – “Baku Flames” görüşü millinin inamlı qələbəsi ilə
başa çatıb. Yığmamız qrup mərhələsini 3-cü pillədə başa vurub.
Komandamız 1/4 finalda “Barselona Panters”lə qarşılaşacaq. Bu
görüşün qalibi yarımfinalda Portuqaliya ilə rəqib olacaq.
Qeyd edək ki, pley-off oyunları sabah keçiriləcək.





























