
Bakı. Trend:
Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək
Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda
maarifləndirici təlim keçirilib.
Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin
maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin
artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi
yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin
genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında
məlumatlandırılması idi.
Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və
orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin
Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin
keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində
atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün
təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına
yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ
məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və məhsul sahibi İsmət
Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət
əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans
ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat
verib.
Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



























