Advertisement

Rabitəbank nağd pul krediti üzrə faizləri aşağı saldı!

Bakı. Trend:

Rabitəbank yaranmasının 31-ci illiyi ilə əlaqədar olaraq nağd
pul krediti üzrə faizləri aşağı saldı. Artıq 30000 AZN-dək nağd pul
kreditini 10,5%-dən başlayaraq götürmək olar. Kreditin müddəti 48
ayadəkdir. Kredit götürmək istəyən bütün müştərilər üçün 0%
komissiya nəzərdə tutulur.

Rabitəbankın nağd pul krediti üzrə kampaniyasında müştəri
seqmentlərinə uyğun olaraq xüsusi faizlər və güzəştlər də təqdim
olunur. Həmçinin, başqa bankın kreditini Rabitəbanka transfer edən
müştərilər üçün 0% komissiya nəzərdə tutulur. Qeyd edək ki, kredit
götürənlər üçün sığorta tələbi yoxdur. Rabitəbankın sərfəli
şərtlərlə təqdim etdiyi kampaniya iyulun 31-dək davam edəcək.

Qeyd edək ki, nağd pul kreditini “Rabita Mobile” tətbiqindən,
bankın saytından və Rabitəbankın istənilən filialından almaq
mümkündür. Krediti elə indi sifariş edə bilərsiniz : https://rbt.az/krdt-al

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla,
ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi,
İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli
Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.