Advertisement

Yeni reytinq: Zöhrə Ağamirova Hidayət Heydərovu qabaqlayıb

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə
Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, iyun üçün müəyyənləşən siyahının ilk
“üçlüy”ündə dəyişiklik olub.

Cədvəldə yenə bədii gimnastika üzrə qrup hərəkətləri komandası
liderlik edir. Onların hesabında 675 xalı var. Bədii gimnast Zöhrə
Ağamirova (435) ikinci yerə yüksəlib. O, dünya çempionu olan cüdoçu
Hidayət Heydərovu (450 xal) qabaqlayıb. Sonuncu “üçlüy”ü
qapayır.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman
Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır.
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5
kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun
olaraq xallar hesablanır.