Advertisement

Ukrayna və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı bütün istiqamətlər üzrə aktivləşdirməyə hazırdır – Yuri Qusev

Bakı. Trend:

Ukrayna və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı bütün
istiqamətlər üzrə aktivləşdirməyə hazır olduqlarını təsdiq
edirlər.

Trend xəbər
verir ki, bu barədə Ukraynanın Azərbaycanda yeni təyin olunmuş
səfiri Yuri Qusev Bakıda keçirilən mətbuat konfransında deyib.

“Ukrayna və Azərbaycan bütün istiqamətlər üzrə, o cümlədən
energetika, nəqliyyat, ekologiya, investisiya layihələri və bir çox
digər istiqamətlər üzrə ticari-iqtisadi əməkdaşlığı
intensivləşdirməyə hazır olduqlarını təsdiq edirlər. Son zamanlar
ölkələr arasında ikitərəfli ticarətdə aqrar və kənd təsərrüfatı
məhsullarının tədarükündə qarşılıqlı artım müşahidə olunur.
Ukraynanın keyfiyyətli və dadlı qida məhsulları, eləcə də
Azərbaycan tərəvəz və meyvələri xüsusi diqqətə layiqdir”, – o
deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
məlumatlarına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanla
Ukrayna arasında əmtəə dövriyyəsi 152,922 milyon ABŞ dollarına
çatıb (44,59 faiz artım). İxracın payına 50,288 milyon ABŞ dolları,
idxalın payına isə 102,634 milyon ABŞ dolları düşüb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun