
Bakı. Trend:
Ümumi müzakirələr getdi. Ətraflı məlumat veriləcək. Hər dəfə
qarşıdakı lazım olan işlər barədə müzakirələr gedir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban
Qurbanov deyib.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan 52 yaşlı mütəxəssis
bugünkü iclasdan sonra jurnalistlərə açıqlama verib: “Çünki yeni iş
kollektividir. Yeniliklər axtarılır. Qəti qərar olmadığından fikir
bildirmək olmur. Bir neçə iclasdan sonra ümumi məlumat veriləcək
ki, futbolun inkişafı, yaxşılığa doğru dəyişməsi üçün nə işlər
görüləcək”.
Qurbanov bildirib ki, AFFA “Qəbələ”yə hər cür kömək edəcək:
“Qəbələ”yə köməklik olunacaq. Maliyyə tərəfləri açıqlanacaq. Hər
xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qoruyub
saxlanılsın”.
Mütəxəssis bildirib ki, Azərbaycan millisinin baş məşqçi
təyinatı yaxın gülərdə gerçəkləşəcək: “Müzakirələr oldu. Yəqin
yaxın günlərdə qərar veriləcək”.





























