Advertisement

İstismar müddəti bitmiş mbinalarda mənzillər niyə bahadır? – AÇIQLAMA

Bakı. Trend:

Bakıda “Xruşşovka” kimi tanınan və sovet dövründən qalmış keçmiş
beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə
bağlı xəbərlər yayılır.

Bu hal mənzil bazarında qiymətlərə necə təsir
edəcək?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur
Fərzəliyev
Trend-ə açıqlamasında bildirib ki, 2016-cı
ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar
müddəti bitən qəzalı binaların söküntüsünə start verilib.

“Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi
sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin
praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş
binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır.
Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11
minə yaxın mənzil var”.

Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən
söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı
mənzillərin qiymətləri kəskin bahalaşdı.

“Qiymət artımının müxtəlif səbələri var. Sökülən binada mənzili
olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil
verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha
olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər
satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin
alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb
yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki
dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə
kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır”, – deyə o qeyd
edib.