Advertisement

Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat alıb

Bakı. Trend:

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat
alıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə
edəcək.

C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və
Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın
dördüncü hakimi olacaq.

Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil
olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.