Advertisement

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rezidenti ölkədaxili və beynəlxalq miqyasda uğurlara imza atır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rezidenti olan
“Azirrigation” startap komandası qısa müddət ərzində uğurlar
qazanıb.

Sözügedən komanda cari ilin mart ayında ölkənin bir sıra
rayonlarında ağıllı suvarma texnologiyasını tətbiq edib. Bu ağıllı
suvarma texnologiyası “Azirrigation” MMC tərəfindən innovativ
metodlarla inkişaf etdirilərək, artıq bir neçə sahədə tətbiq
olunmaqdadır.

“Azirrigation” startapı dünyanın ən böyük robotexnika
festivallarından olan “Robotex İnternational”-ın Türkiyədə
keçirilən yarımfinal mərhələsində 2-ci yeri qazanaraq, final
mərhələsinə vəsiqə əldə edib. Komanda Estoniyada keçiriləcək dünya
finalında 22 ölkədən olan startapçı ilə yarışacaq.

5-8 May 2024-cü il tarixlərində Botsvana Respublikasının
paytaxtı Qabarone şəhərində keçirilmiş “Forbes under 30” sammitində
iştirak edən “Azirrigation” startapının həmtəsisçiləri bu tədbirdə
ölkəmizi uğurla təmsil ediblər. Sözügedən sammitdə iştirak etmək
imkanı komanda üzvlərinə qazandıqları nailiyyətləri və innovativ
həlləri beynəlxalq arenada nümayiş etməklə yanaşı, qlobal bazarda
yeni tərəfdaşlıqlar və investorlarla əlaqələr qurmaq üçün zəmin
yaradıb.

Hazırda “Azirrigation” komandası uğurlu fəaliyyətini davam
etdirməkdədir.